Elm

04 Noyabr

Alimlər insanın yaşaya biləcəyi yaş həddi adlandırıblar

Amerika alimləri ilə birgə işi aparan sinqapurlu tədqiqatçılar bildiriblər ki, ən uzunömürlü insan rekordu növbəti minilliyin başlamazdan əvvəl qırıla bilər. Finss.az xəbər verir ki, onlar orqanizmin bərpa olunma qabiliyyətinin 120-150 il arasında tükəndiyi barədə əvvəlki fərziyyələri təsdiqləyiblər.

Nəşrin məlumatına görə, mütəxəssislər iki il əvvəl insanların müxtəlif zədələrdən sağalma qabiliyyətini öyrənməyə başlayıblar. İnsanın maksimum ömrünü hesablamaq üçün onlar süni intellektdən istifadə edərək yüz minlərlə könüllüdən alınan məlumatları təhlil ediblər.
 

Kaira Agayeva 

Finss.az