Danimarka Texniki Universitetinin alimlərinin rəhbərlik etdiyi beynəlxalq astronomlar qrupu Kainatda ən sürətli fırlanan ulduzlardan birini kəşf ediblər.
Finss.az xəbər verir ki, söhbət öz oxu ətrafında inanılmaz sürətlə saniyədə 716 dövrə ilə fırlanan neytron ulduzdan gedir. Bu bir növ rekorddur - bu ulduz ümumilikdə müşahidələr tarixində ən sürətli fırlanan kosmik obyektlərdən birinə çevrilib.
Neytron ulduzu 4U 1820-30 adlanır və Oxatan bürcündə yerləşən rentgen ikili ulduz sisteminin bir hissəsidir. Obyekt Beynəlxalq Kosmik Stansiyadan kənarda quraşdırılmış NICER rentgen teleskopu vasitəsilə kəşf edilib və tədqiq edilib.
Kaira Agayeva
Finss.az