Finss.az xəbər verir ki, Antik Anemurium şəhərində qazıntılar aparan arxeoloqlar burada ilk dəfə olaraq Ellinizm dövrünə aid tamamilə qorunub saxlanılmış kitabə aşkar ediblər. O, eramızın II əsrində yaradılmış və çempion güləşçiyə həsr edilmişdir.
“The History Blog”un yazdığına görə, kəşf Türkiyənin cənubundakı müasir Anamura şəhərində edilib. Arxeoloqlar tam qorunub saxlanılmış yunan dilində yazılmış 13 sətirlik kitabə aşkar ediblər.
Mətn şəhərin dörd məşhur hamamından birinin yaxınlığında aşkar edilmiş mərmər postament üzərində həkk olunub. Yəqin ki, postamentdə görkəmli idmançını təsvir edən heykəl var idi.
Kaira Agayeva
Finss.az