Apple dünyanın ən qabaqcıl süni intellektini (AI) yaratmaq niyyətindədir. Bu barədə təşkilatın rəhbəri Tim Kuk “Wall Street Journal”a (WSJ) müsahibəsində bildirib.
Finss.az xəbər verir ki, Apple-ın neyron şəbəkəsi artıq şirkətin texnologiyasının istifadəçiləri üçün ən yaxşısıdır, lakin ekspertlər süni intellektini təkmilləşdirdikdə, o, “dünyanın ən yaxşısı” olacaq.
“Məlum olduğu kimi, həqiqətən yaxşı bir neyron şəbəkəsi yaratmaq həqiqətən çətindir. Bu, çoxlu təkrarlama tələb edir. Hər bir təfərrüatdan narahat olmaq lazımdır”, - deyə Apple rəhbəri şirkətin süni intellekt bazarında birincilər arasında olmamasının səbəbini izah edib.
Kuk “Apple” neyron şəbəkəsindən istifadə ilə bağlı təəssüratlarını da bölüşərək, bunun sayəsində xeyli vaxta qənaət etməyə başladığını qeyd edib.
Oktyabr ayında MacRumors, Apple-ın qarşıdan gələn iOS 18.1 və sonrakı yeniləmələrə yeni Apple Intelligence AI xüsusiyyətlərini təqdim etməyə hazırlaşdığını bildirdi.
Mənbənin sözlərinə görə, kodda Siri-nin ChatGPT ilə inteqrasiyasına istinadlar, həmçinin neyron şəbəkə tərəfindən yaradılan mətnlər və şəkillər üçün parametrlər aşkar edilib. Bu, şirkətin iOS 18.2-də ChatGPT-ni təqdim etmək planlarını təsdiqləyir.
Bundan əvvəl məlum olmuşdu ki, iPhone-un yaradıcısı smartfonların əvəzedicisini hazırlamaq üçün OpenAI-a qoşulub.
Kaira Agayeva
Finss.az