Elm

17 Oktyabr

Yaşıl transformasiyaya doğru: Xəzər hövzəsində diplomatik strategiyalar

Dünyada ekoloji tarazlığın qorunub saxlanılması, təbii ehtiyatlardan rasional istifadə və onların mühafizəsi qlobal problemə çevrilib. Son dövrlər müşahidə olunan ekoloji fəlakətlər arasında həyati əhəmiyyət kəsb edən su hövzələrinin quruması isə daha çox narahatlıq doğuran məsələlərdən biri hesab olunur. Bu səbəbdən də Dünya İqtisadi Forumu ardıcıl üç ildir ki, su böhranını ilk üç vacib qlobal risklər siyahısına daxil edir. Aral gölü faciəsi bunun acı bir nümunəsidir. Vaxtilə dünyanın ən böyük dördüncü gölü olan Aral mənbə sularının dayanıqsız istismarı və yanlış idarəetmə nəticəsində quruyubdur.

 Finss.az xəbər verir ki, bu fəlakət nəinki bölgənin ekoloji tarazlığını pozub, həmçinin əhalinin iqtisadi və sosial vəziyyətinə dağıdıcı təsir göstərib. “Belə halları doğuran səbəbləri araşdıraraq Xəzər hövzəsinin də analoji taleyi yaşamaması üçün ciddi tədbirlər görülməsinə çağırış etməliyik. Xəzər hövzəsi həm ekoloji zənginliyi, həm də geosiyasi mövqeyi ilə region üçün strateji əhəmiyyət daşıyır. Hazırda bu zəngin region ciddi ekoloji problemlərlə üz-üzədir və qabaqlayıcı tədbirlərə ehtiyac duyur.

Xəzərin 2008 və 2023-cü illərdə peykdən çəkilmiş iki şəklində sözügedən ekoloji problemləri və dayazlaşmanı aydın görmək olar. Belə ki, Xəzər dənizinin Qazaxıstan sektorunun su səthinin sahəsi 2008-ci ildə 113 866,67 kvadratkilometr, 2023-cü ildə isə 105 745,23 kvadratkilometr təşkil edib.

Kaira Agayeva 

Finss.az