Elm

15 Avqust

Azərbaycanın neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi 2%-ə yaxın artıb

Cari ilin yanvar-iyul aylarında Azərbaycanın neft-qaz sektoruna 3 297,5 mln. manat həcmində vəsait yönəldilib.

Bu barədə Finss.az-a Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd olunur ki, 2023-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi 1,9% artıb.

Xatırladaq ki, ötən il Azərbaycanın neft-qaz sektoruna 6 265,5 mln. manat həcmində vəsait yönəldilib. 2022-ci ilin göstəricisi ilə nisbətən ötən il neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi 10,9% artıb.

Fuad Mədətov
Finss.az