Elm

15 Avqust

Azərbaycanda yük və sərnişin daşımaları artıb

Azərbaycanda 2024-cü ilin yanvar-iyul ayları ərzində yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4,1% və 8,7% artıb.

Dövlət Statistika Komitəsindən Finss.az-a verilən məlumata görə, nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 133,5 mln. ton yük daşınıb.

Məlumata görə, yüklərin 3,7%-i dəniz, 8,1%-i dəmir yolu, 0,2%-i hava, 58,1%-i avtomobil nəqliyyatı, 29,9%-i isə boru kəməri ilə daşınıb.

“Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 5,9% artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 78,2% təşkil edib”, - məlumatda qeyd olunur.

Bildirilir ki, 2024-cü ilin yanvar-iyul aylarında nəqliyyatçılar 1 131,5 mln. sərnişinə xidmət göstərmişlər. Sərnişinlərin 87,9%-i avtomobil nəqliyyatı, 11,5%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınılıb.

Fuad Mədətov
Finss.az