Bu ilin yanvar-iyul aylarında Azərbaycanda hava nəqliyyatı ilə 2 221 min və ya 41,6% çox sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən Finss.az-a verilən məlumata görə, daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.
“Bu nəqliyyat növü ilə yükdaşıma 17,3% artaraq 233,4 min ton olub”, - məlumatda qeyd olunur.
Fuad Mədətov
Finss.az