Elm

13 Avqust

Azərbaycanda orta illik inflyasiya 1%-ə yüksəldi

2024-cü ilin iyul ayında istehlak qiymətləri indeksi 2023-cü ilin iyul ayına nisbətən 102,7 faiz təşkil edib.

Finss.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Dövr üzrə qida məhsulları, içkilər və tütün məmulatları üzrə inflyasiya 2 faiz, qeyri-qida məhsulları üzrə 1,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 4,3 faiz təşkil edib. 2024-cü ilin iyul ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,9 faiz, yanvar-iyul aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 101 faiz təşkil edib.

2024-cü ilin iyul ayında inflyasiya əvvəlki aya nisbətən 0,9 faiz, yanvar-iyul aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1 faiz təşkil edib.

Fuad Mədətov
Finss.az