Bu ilin yanvar-iyun aylarında Bakıda ictimai iaşə dövriyyəsi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,8 faiz artaraq 708,1 milyon manat olub.
Finss.az xəbər verir ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 59,4 faizi hüquqi şəxslərin, 40,6 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür.
Hüquqi şəxslər üzrə dövriyyə 2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 8,7 faiz artaraq 422,9 milyon manat təşkil edib.