Elm

12 Avqust

Bakıda sənaye istehsalı azalıb

2024-cü ilin yanvar-iyun aylarında Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 26,3 milyard manat təşkil edib ki, bu da illik müqayisədə 11.1% azdır.

Bakı şəhər Statistika İdarəsindən verilən məlumata görə, sənaye məhsulunun 76,4%-i mədənçıxarma, 20,5%-i emal, 2,3%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Qeyd edilib ki, sənayedə qeyri-dövlət sektorunun payı 83,3% olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 90,2%, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 9,8% təşkil edib. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 iyul 2024-cü il vəziyyətinə 512 milyon manatlıq hazır məhsul ehtiyatı olub.