Bu ilin yanvar-iyul aylarında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) ilə 2,5 milyon ton yük daşınıb.
Finss.az Qazaxıstan Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 62 % çoxdur.
Nazirlik bu il TBNM vasitəsilə 4,2 milyon ton yük daşınacağını proqnozlaşdırır.
2023-cü ildə Orta Dəhlizlə yükdaşımalar 2022-ci illə müqayisədə 65 % artaraq 2,7 milyon ton təşkil edib.
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və ya Orta Dəhliz Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Avropa ölkələrinə qədər uzanır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti dəhlizin bir hissəsidir.