Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən bu ilin iyul ayı ərzində 826,3 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Fins.az Fondun məlumatına əsasən, xəbər verir ki, ötən ilin eyni ayının göstəricisi ilə müqayisədə valyuta satışının həcmi 3 dəfə və ya 553,6 milyon dollar artıb.
Cari ilin iyun ayı ilə müqayisədə isə iyulda satışların həcmində 2 dəfə və ya 420,7 milyon dollar artım qeydə alınıb.