Elm

28 İyul

6 ayda 3 milyard 252,22 milyon manat gömrük ödənişləri həyata keçirilib

Azərbaycan Respublikasının 2024-cü ilin dürüstləşdirilmiş dövlət büdcəsinə əsasən, 2024-cü ilin 6 ayı üzrə Dövlət Gömrük Komitəsi üçün müəyyənləşdirilən 3 milyard 253 milyon manat proqnoza qarşı 3 milyard 252,22 milyon manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub və büdcə öhdəliyi 100 faiz icra olunub.

Fins.az Dövlət Gömrük Komitəsinin məluma­tına əsasən, xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə gömrük rüsum və vergi daxi­lolmalarında artım 176,85 milyon manat və ya 5,8 faiz təşkil edib.