2024-cü ilin yanvar-iyun ayları ərzində gömrük orqanları tərəfindən 16645 hüquqpozma faktı aşkar edilib.
Fins.az xəbər verir ki, bu faktlardan 670-i cinayət xarakterli faktlar olub.
Cinayət xarakterli faktların növ tərkibi
2024-cü ilin birinci yarımilində icraatına xitam verilmiş 4 cinayət işi və 4 cinayət xarakterli material üzrə dövlət mülkiyyətinə vurulmuş 988 min 265,1 manat ümumi ziyanın 857 min 183,78 manatlıq hissəsi və ya 86,73%-i ödətdirilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfə çoxdur.
Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi
Qeyd olunan dövr ərzində qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən qızıl məmulatlarının, iri vergi tutumlu aksizli və digər bu qəbildən olan malların qanunsuz gətirilməsi üzrə törədilmiş bir sıra cinayətlərin qarşısı alınmış, onların istifadə etdiyi qaçaqmalçılıq kanalları aşkar olunaraq zərərsizləşdirilib.
Gömrük orqanları tərəfindən 2024-cü ilin 1-ci yarımilində aşkar olunmuş cinayətləri törədən 682 nəfər (488 Azərbaycan vətəndaşı, 194 xarici) barəsində müvafiq tədbirlər görülmüş, 63 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 18 nəfər barəsində məhkəmə tərəfindən həbs, 1 nəfəri barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, istintaq orqanı tərəfindən 11 nəfər barəsində polisin nəzarəti altına vermə, 33 nəfər barəsində isə başqa yerə getməmə qətimkan tədbiri seçilmişdir.
Hüquqpozma predmetləri
Gömrük qaydaları əleyhinə inzibati xəta faktları
2024-cü ilin yanvar-iyun ayları ərzində Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən 15 975 inzibati xəta faktı aşkar edilib. Bu faktlarla əlaqədar 1075 hüquqi şəxs (o cümlədən 468 xarici hüquqi şəxs) və 14894 fiziki şəxs (o cümlədən 4447 xarici vətəndaş) barəsində inzibati tənbeh tətbiq olunub.
Gömrük orqanları tərəfindən aşkar edilmiş iri cinayət faktları