Elm

25 İyul

Düyü idxalında artım qeydə alınıb

Bu ilin yanvar-iyun ayları ərzində ölkəyə 41 milyon ABŞ dolları dəyərində 39,2 min tondan çox düyü idxal edilib.

Fins.az Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən düyünün dəyəri 26,4 faiz və ya 8,5 milyon dollar, həcmi isə 7,6 faiz və ya 2,7 min ton artıb.

Qeyd edək ki, cari ilin ilk yarımilliyində düyü idxalı ölkənin ümumi idxalının 0,46 faizinə bərabər olub.