2024-cü ilin yanvar-iyun ayında Türkiyədə Azərbaycan kapitalı ilə 111 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 19 şirkət azdır.
Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 80 milyon türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 155 milyon türk lirəsi təşkil edib.
2024-cü ilin yanvar-iyun ayında Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (95) qeydiyyata alınıb. İstanbulda qeydiyyatdan keçən Azərbaycan şirkətlərinin ümumi kapitalı 72 milyon türk lirəsi təşkil edib.
Məlumata əsasən, 2024-cü ilin yanvar-iyun ayında Türkiyədə Azərbaycan kapitalı ilə 59 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.
Fuad Mədətov
Fins.az