Bu ilin yanvar-iyun ayları ərzində ölkəyə 62,2 milyon ABŞ dolları dəyərində 1505 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri (elektromobil) idxal edilib.
Fins.az Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrünün göstəricilərini dəyər ifadəsində 32,8 faiz və ya 15,3 milyon dollar, say baxımından isə 33,9 faiz və ya 381 ədəd üstələyir.
Ümumilikdə cari ilin ilk 6 ayında ölkəyə 779,3 milyon dollar dəyərində 42,3 min nəqliyyat vasitəsi idxal edilib. Ötən ilin yanvar-iyun aylarına nisbətdə bu göstəricilər üzrə dəyər ifadəsində 3,4 faiz artım, say baxımından isə 12,5 faiz azalma qeydə alınıb. Hesabat dövründə avtomobil idxalının strukturunda elektromobillərin payı 3,55 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 1,23 faiz bəndi çoxdur.