Elm

10 İyul

Macarıstana məhsul ixracı 4 dəfədən çox artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanın Macarıstanla ticarət dövriyyəsinin ümumi həcmi 2023-cü ilin eyni dövrünə nisbətdə 27,8 faiz və ya 5,5 milyon ABŞ dolları artaraq 25,7 milyon dolları üstələyib.

Fins.az Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, xəbər verir ki, cari ilin ilk 5 ayında Azərbaycandan Macarıstana 4,6 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2023-cü ilin göstəricisindən təxminən 4,6 dəfə və ya 3,6 milyon dollar çoxdur.

Macarıstandan Azərbaycana idxal edilən məhsulların dəyəri isə 10 faiz və ya 1,9 milyon dollar artaraq 21 milyon dollar təşkil edib.

Cari ilin yanvar-may aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Macarıstanla ticarətin payı 0,14 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricini 0,06 faiz bəndi üstələyir.