Elm

10 İyul

Niderlandla ticarət dövriyyəsi 57 faizədək artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanın Niderlandla ticarət dövriyyəsinin ümumi həcmi 2023-cü ilin eyni dövrünə nisbətdə 56,7 faiz və ya 37,4 milyon ABŞ dolları artaraq 103,3 milyon dolları üstələyib.

Fins.az Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, xəbər verir ki, cari ilin ilk 5 ayında Azərbaycandan Niderlanda 63,9 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2023-cü ilin göstəricisindən təxminən 5,3 dəfə və ya 52 milyon dollar çoxdur.

Niderlanddan Azərbaycana idxal edilən məhsulların dəyəri isə 27,1 faiz və ya 14,6 milyon dollar azalaraq 39,3 milyon dollar təşkil edib.

Cari ilin yanvar-may aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Niderlandla ticarətin payı 0,56 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricini 0,28 faiz bəndi üstələyir.