2024-cü ilin iyun ayında Türkiyənin Antalya Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 14 faiz artaraq, 14 milyon 574 min 33 nəfər olub.
Fins.az xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
2024-cü ilin iyun ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 2023-cü ilin analoji dövrü ilə müqayisədə 15 faiz artaraq, 3 milyon 208 min 734 nəfər, beynəlxalq reyslər üzrə isə 14 faiz artaraq 11 milyon 365 min 299 nəfər təşkil edib.
2024-cü ilin iyun ayında hava limanının yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 9 faiz artaraq 173 min 147 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin iyun ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq, 29 min 507 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 8 faiz artaraq, 143 min 640 ton təşkil edib.
Hava limanından 2024-cü ilin iyun ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin iyun ayı ilə müqayisədə 7 faiz artaraq, 93 min 961 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 7 faiz artaraq, 23 min 160, beynəlxalq reyslər üzrə isə 7 faiz artaraq 70 min 801 olub.
Bu ilin iyun ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 104 milyon 725 min 264 nəfər, yük daşınması isə 2 milyon 242 min 185 ton təşkil edib.
2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 214 milyon 5 min 980 nəfər, yük daşınması isə 4 milyon 211 min 507 ton təşkil edib.
Fuad Mədətov
Fins.az