Elm

27 İyun

Gaziantep Hava Limanına gələn sərnişinlərin sayı 20 % artıb

2024-cü ilin may ayında Türkiyənin Gaziantep Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 20 faiz arataraq, bir milyon 152 min 85 nəfər olub.

Fins.az xəbər verir ki, bu barədə Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildiriblər.

2024-cü ilin may ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 2023-cü ilin analoji dövrü ilə müqayisədə 19 faiz artaraq, bir milyon 29 min 262 nəfər, beynəlxalq reyslər üzrə isə 34 faiz artaraq 122 min 823 nəfər təşkil edib.

2024-cü ilin may ayında hava limanının yük dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq 10 min 302 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin may ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 10,1 faiz artaraq, 8005 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 27 faiz artaraq, 2 min 297 ton təşkil edib.

Hava limanından 2024-cü ilin may ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin may ayı ilə müqayisədə heç bir dəyişiklik yaşanmadan, 9 min 331 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı üç faiz artaraq 8 min 516, beynəlxalq reyslər üzrə isə 23 faiz azalaraq 815 olub.

Bu ilin may ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 81 milyon 31 min 948 nəfər, yük dövriyyəsi isə 1 milyon 778 min 150 ton təşkil edib.

2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 214 milyon 5 min 980 nəfər, yük dövriyyəsi isə 4 milyon 211 min 507 ton təşkil edib.

Fuad Mədətov
Fins.az