2024-cü ilin may ayında Türkiyənin İzmir Adnan Menderes Hava Limanına gələn gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 15 faiz arataraq, 4 milyon 193 min 811 nəfər olub.
Fins.az xəbər verir ki, bu barədə Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildiriblər.
2024-cü ilin may ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 2023-cü ilin analoji dövrü ilə müqayisədə 9 faiz artaraq, 2 milyon 809 min 750 nəfər, beynəlxalq reyslər üzrə isə 31 faiz artaraq 1 milyon 384 min 061 nəfər təşkil edib.
2024-cü ilin may ayında hava limanının yük dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 17 faiz artaraq 55 min 671 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin may ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 16 faiz artaraq, 33 min 606 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 19 faiz artaraq, 22 min 065 ton təşkil edib.
Hava limanından 2024-cü ilin may ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin may ayı ilə müqayisədə 10 faiz artaraq, 28 min 379 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 4 faiz artaraq 18 min 773, beynəlxalq reyslər üzrə isə 23 faiz artaraq 9 min 606 olub.
Bu ilin may ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 81 milyon 31 min 948 nəfər, yük dövriyyəsi isə 1 milyon 778 min 150 ton təşkil edib.
2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 214 milyon 5 min 980 nəfər, yük dövriyyəsi isə 4 milyon 211 min 507 ton təşkil edib.
Fuad Mədətov
Fins.az