Elm

25 İyun

ABŞ-ınTürkiyəyə avtomobil sənayesi məhsulları idxalı 9,7 % artıb

2024-cü ilin yanvar-may aylarında Türkiyənin ABŞ-a avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,7 faiz artaraq, 482,8 milyon dollara bərabər olub.

Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Bu ilin may ayında Türkiyə ABŞ-a 101 milyon dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 10,2 faiz azdır.

Qeyd edək ki, 2024-cü ilin yanvar- may aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz artaraq 15 milyard dollara bərabər olub.

"Bu ilin may ayında Türkiyə 3,2 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 6,3 faiz çoxdur.

Qeyd olunub ki, son 12 ay ərzində (may 2023- may 2024) Türkiyə 35,6 milyard dollar məbləğində avtomobil sanayesi məhsulları ixrac edib.

Fuad Mədətov
Fins.az