Azərbaycanda əmək müqavilələrinin sayında ciddi artım müşahidə edilir ki, bu da yeni iş yerlərinin açılmasını göstərir.
Fins.az xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev “5-ci yerli şirkətlərin tanıtım sərgisi”nin açılış mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, artım 2019-cu ildən müşahidə edilir və 580 min əlavə əmək müqaviləsinin imzalanması təmin edilib.
“Əmək haqqı fondu 2,7 dəfə, orta aylıq əmək haqqında isə 80 faiz artım müşahidə edilib. Nazirlik əmək yarmarkaları, müraciətlər və digər tədbirlər vasitəsilə ildə 100-dən çox şəxsin işlə təmin olunmasına göməklik göstərir. Belə sərgilər şirkətlərin inkişafına və öz növbəsində yeni iş yerlərinin açılmasında da əhəmiyyətli rol oynayır. Hər bir şirkət inkişaf edib böyüdükcə yeni iş yerlərinin açılmasına səbəb olur”, - deyə nazir müavini vurğulayıb.