Elm

24 İyun

Bu ilin ilk 5 ayı ərzində 154 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

Bu ilin yanvar-may ayları ərzində daşınmaz əmlak üzərində 154 337 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.

Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, bu göstəricinin 23 989-u (15,5 faizi) ilkin, 130 348-i isə (84,5 faizi) təkrar qeydiyyatın payına düşür.

Fins.az xəbər verir ki, hesabat dövründə fərdi yaşayış və bağ evi üzərində - 23 455, mənzil üzərində - 34 094, torpaq sahəsi – 91 749, qeyri-yaşayış binası – 1 357, qeyri-yaşayış sahəsi – 3 345, əmlak kompleksi - 321, çoxmərtəbəli yaşayış binası üzərində isə 16 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb.

Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 39 177-si Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.

Bununla yanaşı cari ilin yanvar-may ayları ərzində 114 705 texniki pasport tərtib edilib, 29 311 ipoteka müqaviləsi qeydiyyata alınıb.