2024-cü ilin yanvar-mart aylarında Bakı şəhərində pərakəndə ticarət dövriyyəsinin həcmi 2023-cü ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 4,3% artaraq 7 milyard 834,2 milyon manat olub.
Fins.az xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsindən bildirilib.
Statistika İdarəsinin məlumatına görə, cari ilin I rübündə ən yüksək pərakəndə ticarət dövriyyəsi Nəsimi rayonunda qeydə alınıb. Bu dövrdə Nəsimi rayonunda 1 milyard 196.4 milyon manatlıq məhsul satılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14.3% çoxdur.
Bu siyahıda ikinci yerdə Nizami rayonu gəlir. Belə ki, Nizamidə pərakəndə ticarət dövriyyəsi 902 milyon 342 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0.6% azdır.
Üçüncü yerdə isə Xətai rayonu dayanır. Cari ilin yanvar-mart aylarında Xətaidə pərakəndə ticarət dövriyyəsinin həcmi 853 milyon 607 min manat olub ki, bu da 2023-ci ilin yanvar-mart ayları ilə müqayisədə 6.5% çoxdur.
Qeyd edək ki, hesabat dövründə paytaxtın iki rayonunda pərakəndə ticarət dövriyyəsi azalıb, on rayonunda isə artıb.
Pərakəndə ticarət dövriyyələrinin ən yüksək artım faizi Nəsimi ( 14.3% artım) və Pirallahı (18.3% artım) rayonlarında, azalma faizi isə Nizami ( 0.6% azalma) və Qaradağ ( 3.1% azalma) rayonlarında qeydə alınıb.
Xatırladaq ki, hesabat dövründə Bakıda pərakəndə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 2023-cü ilin müvafiq dövrünə nisbətən 1% azalaraq 4 milyard 553,1 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 12,9% artaraq 3281,1 milyon manata bərabər olub. Dövriyyənin ümumi həcmində ərzaq məhsulları, içkilər və tütün məmulatlarının xüsusi çəkisi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,6% azalaraq 58,1% təşkil edib.
Aşağıdakı cədvəldə hesabat dövründə Bakı şəhərinin rayonları üzrə pərakəndə ticarət dövriyyələrinin həcmi və ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb azalma faizləri verilib.
Bakının rayonları | Pərakəndə ticarət dövriyyəsinin həcmi, min manat | Ötən ilin müvafiq dövrü ilə müqayisədə, faizlə |
Nəsimi | 1 196 393 | 14,3% artıb |
Nizami | 902 342 | 0,6% azalıb |
Xətai | 853 607 | 6,5% artıb |
Sabunçu | 829 720 | 0,1% artıb |
Qaradağ | 805 516 | 3.1% azalıb |
Nərimanov | 778 490 | 4% artıb |
Yasamal | 665 877 | 2,9% artıb |
Səbail | 631 923 | 7% artıb |
Binəqədi | 609 527 | 3.6% artıb |
Suraxanı | 343 276 | 10,1% artıb |
Xəzər | 213 680 | 4,3% artıb |
Pirallahı | 3 825 | 18,2% artıb |