Bu günədək Azərbaycanda taksi fəaliyyəti üçün icazə ( “Buraxılış vəsiqəsi” və “Buraxılış kartı”) alan sürücülərin sayı 6000-dən çox olub.
Bu barədə Fins.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata görə, taksi fəaliyyəti göstərmək üçün təlim keçən sürücülərin sayı 23 000-ni ötüb.
Qeyd edək ki, bu ilin aprel ayından AYNA taksi fəaliyyəti üçün icazələrin verilməsinə başlayıb.
Fuad Mədətov
Fins.az