Elm

17 İyun

21,5 milyard manatlıq ərzaq və qeyri-ərzaq malları satılıb

2024-cü ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 21,5 milyard manatlıq, o cümlədən 12,1 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 9,4 milyard manatlıq qeyri-ərzaq malları satılmışdır.

Fins.az xəbər verir ki, 2023-cü ilin yanvar-may ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,8 faiz, qeyri-ərzaq malları üzrə 5,2 faiz artmışdır. Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 421,3 manatlıq, o cümlədən 237,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 184,2 manatlıq qeyri-ərzaq malları almışdır.