Elm

15 İyun

Türkiyə Qırğızıstana 78,1 milyon dollar dəyərində hazır geyim məhsulları ixrac edib

2024-cü ilin yanvar-may aylarında Türkiyənin Qırğızıstana hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 29,4 faiz azalaraq, 78,1 milyon dollara bərabər olub.

Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Məlumata görə, bu ilin may ayında Türkiyə Qırğızıstana 13,9 milyon dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 37,6 faiz azdır.

2024-cü ilin yanvar-may aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,1 faiz azalaraq, 7,4 milyard dollara bərabər olub.

Bu ilin may ayında Türkiyə 1,6 milyon dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 0,1 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Son 12 ay ərzində (may 2023-may 2024) Türkiyə 18,3 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib.

Fuad Mədətov
Fins.az