2024-cü ilin yanvar-may aylarında Türkiyənin Gürcüstana polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 13,4 faiz artaraq, 73,7 milyon dollara bərabər olub.
Fins.az xəbərverir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Məlumata görə, bu ilin may ayında Türkiyə Gürcüstana 17,3 milyon dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 43 faiz çoxdur.
2024-cü ilin yanvar-may aylarında Türkiyənin polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq, 6,6 milyard dollara bərabər olub.
Bu ilin may ayında Türkiyə 1,5 milyard dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 17,3 faiz çoxdur.
Son 12 ay ərzində (may 2023-may 2024) Türkiyə 15,6 milyard dollar məbləğində polad məhsulları ixrac edib. Bu analoji dövrlə müqayisədə 9,9 faiz azalma olduğunu göstərir.
Fuad Mədətov
Fins.az