Elm

15 İyun

Bakıda ticarət dövriyyəsinin həcmi 4,4 % artıb

2024-cü ilin yanvar-aprel ayında Bakı şəhərində ticarət dövriyyəsinin həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,4% artaraq 9 milyard 920,7 milyon manat olub.

Fins.az xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsindən bildirilib.

Məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2% artaraq 5530,6 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 7,3% artaraq 4390,1 milyon manata bərabər olub.

Qeyd edilib ki, istehlak məhsullarının 38,3%-i hüquqi şəxs statuslu müəssisələrdə, 48,5%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 13,2%-i isə paytaxtın məhsul bazarlarında satılılıb.

Fuad Mədətov
Fins.az