Bu ilin yanvar-may aylarında Azərbaycanda 48 026 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 % çox ümumi daxili məhsul istehsal olunub.
Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son 1 ildə iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər istehsalı 7,3 % artıb, neft-qaz sektorunda isə eyni səviyyədə qalıb.
ÜDM istehsalının 39,7 %-i sənaye, 9,6 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7 %-i nəqliyyat və anbar təsərrüfatı, 6 %-i tikinti, 3,8 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 %-i informasiya və rabitə sahələrinin, 20,1 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,6 %-ni təşkil edib.
Hesabat dövründə əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri 4 713 manat olub.
Fuad Mədətov
Fins.az