Bu ilin yanvar-iyul aylarında Azərbaycandakı 5 ulduzlu hotellərdə onlayn bronlaşdırma sistemi olan booking.com üzrə bir gecə qalmaq üçün orta qiymət 283,3 manat təşkil edib.
Fins.az Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,5 % azdır.
Hesabat dövründə ən yüksək qiymət 404,4 manat olmaqla Qəbələdə qeydə alınıb. Bu, 1 il əvvələ nisbətən 80,6 % azdır.
İkinci yerdə 307 manat olmaqla Quba hotelləri qərarlaşıb. Bu, illik müqayisədə 79,5 % azdır.
5 ulduzlu hotellər arasında üçüncü yeri isə 399 manat olmaqla Naftalan tutub. Bu rayonda orta qiymət son 1 ildə 30,9 % azalıb.
Şamaxıda 5 ulduzlu hotellərdə bir gecə qalmaq 282,9 manata (+ 8,6 %), İsmayıllıda 280 manata (-57,9 % ), Bakıda 267,9 manata (- 22,3 %), Şəkidə 237 manata (+ 24 %), Şabranda 206,3 manata (- 10,8 %), Lənkəranda 206 manat (ötən ilin eyni dövründə rayonda 5 ulduzlu hotel olmayıb), Qaxda 191,4 manata (+ 4,3%) Naxçıvanda isə 115 manata (+ 56,5 %) başa gəlib.
Fuad Mədətov
Fins.az