Elm

13 İyun

Naxçıvanda özəlləşdirmə və icarədən daxilolmalar 5,3 dəfə artıb

Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti özəlləşdirmə və icarə hesabına dövlət büdcəsinə 868,5 min manat vəsait ödəyib.

Fins.az xəbər verir ki, qurumdan verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 dəfə çoxdur.

5 aylıq ödənişin 819,5 min manatı və yaxud 94,4 %-i özəlləşdirmədən daxilolmaların, 49 min manatı və yaxud 5,6 %-i isə icarədən daxilolmaların payına düşüb.

Hesabat dövründə bölgədə 55 icarə müqaviləsi bağlanılıb. Bunlardan 6-sı xidmət mərkəzi, 22-si qeyri-yaşayış sahəsi, 27-i isə torpaq sahələri üzrə olub.

Fuad Mədətov
Fins.az