Elm

10 İyun

Türkiyənin ABŞ-a sement məhsulları ixracı 14,2 % azalıb

2024-cü ilin yanvar-may aylarında Türkiyənin ABŞ-a sement məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14,2 faiz azalaraq, 283,9 milyon dollara bərabər olub.

Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Məlumat görə, bu ilin may ayında Türkiyə ABŞ-a 65,8 milyon dollar məbləğində sement məhsulları ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 20,8 faiz azdır.

2024-cü ilin yanvar-may aylarında Türkiyənin dünya bazarlarına sement məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 7,4 faiz azalaraq, 1,8 milyard dollara bərabər olub.

Bu ilin may ayında Türkiyə 424,6 milyon dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 5,7 faiz azdır.

Son 12 ay ərzində (may 2023 – may 2024) Türkiyə 4,5 milyard dollar məbləğində sement məhsulları ixrac edib.

Fuad Mədətov
Fins.az