Elm

07 İyun

Naxçıvanda iş adamlarına verilən mənşə sertifikatlarının sayı 26,7 % artıb

Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə 147 mənşə sertifikatı verilib.

Fins.az xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 26,7 % çoxdur.

Hesabat dövründə "CT-1" formalı mənşə sertifikatı 98 ədəd, “Ümumi” formalı mənşə sertifikatı 49 ədəd təşkil edib.

Fuad Mədətov
Fins.az