Elm

07 İyun

Türkiyənin Azərbaycana polad məhsulları ixracı 39,5 milyon dollara çatıb

2024-cü ilin yanvar-may aylarında Türkiyənin Azərbaycana polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 17,1 faiz azalaraq, 39,5 milyon dollara çatıb.

Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Məlumata görə, bu ilin may ayında Türkiyə Azərbaycana 8,6 milyon dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 12 faiz azdır.

Qeyd edək ki, 2024-cü ilin yanvar-may aylarında Türkiyənin polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq, 6,6 milyard dollara bərabər olub.

Bu ilin may ayında Türkiyə 1,5 milyard dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 17,3 faiz çoxdur.

Son 12 ay ərzində (may 2023-may 2024) Türkiyə 15,6 milyard dollar məbləğində polad məhsulları ixrac edib. Bu analoji dövrlə müqayisədə 9,9 faiz azalma olduğunu göstərir.

Fuad Mədətov
Fins.az