Elm

07 İyun

Türkiyə Azərbaycana kimyəvi maddə məhsulları ixracını 2,8 % artırıb

Türkiyə 2024-cü ilin yanvar-may aylarında Azərbaycana kimyəvi maddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz artaraq 214,2 milyon dollara çatdırıb.

Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Məlumata görə, 2024-cü ilin may ayında Türkiyənin Azərbaycana kimyəvi maddə məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 13,5 faiz artaraq, 52,7 milyon dollara bərabər olub.

Türkiyə 2024-cü ilin yanvar-may aylarında kimyəvi maddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 10,7 faiz artıraraq 13,6 milyard dolları ötüb.

2024-cü ilin may ayında Türkiyənin dünya bazarlarına kimyəvi maddə məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 24,3 faiz artaraq, 3 milyard dollara bərabər olub.

Son 12 ay ərzində (may 2023-may 2024) Türkiyə 31,2 milyard dollar məbləğində kimyəvi maddə məhsulları ixrac edib.

Fuad Mədətov
Fins.az