Elm

07 İyun

Türkiyənin Özbəkistana elektrik avadanlıqları ixracı 43,8 % artıb

2024-cü ilin yanvar- may aylarında Türkiyənin Özbəkistana elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 43,8 faiz artaraq, 60,8 milyon dollara bərabər olub.

Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyidən məlumat verilib.

Məlumata görə, bu ilin may ayında Türkiyə Özbəkistana 18,3 milyon dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 96,8 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

2024-cü ilin yanvar-may aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz artaraq 6,7 milyard dollara bərabər olub.

Bu ilin may ayında Türkiyə 1,5 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 8,7 faiz çoxdur.

Son 12 ay ərzində (may 2023- may 2024) Türkiyə 16,2 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Fuad Mədətov
Fins.az