Elm

06 İyun

Bu il Türkiyə 1,6 milyon dollar məbləğində hazır geyim məhsulları ixrac edib

2024-cü ilin yanvar-may aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,1 faiz azalaraq, 7,4 milyard dollara bərabər olub.

Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumata verilib.

Məlumata görə, bu ilin may ayında Türkiyə 1,6 milyon dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 0,1 faiz azdır.

Son 12 ay ərzində (may 2023-may 2024) Türkiyə 18,3 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib.

Fuad Mədətov
​Fins.az