Elm

06 İyun

Türkiyənin dünya bazarlarına sement məhsulları ixracı 7,4 % azalıb

2024-cü ilin yanvar-may aylarında Türkiyənin dünya bazarlarına sement məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 7,4 faiz azalaraq, 1,8 milyard dollara bərabər olub.

Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Məlumata görə, bu ilin may ayında Türkiyə 424,6 milyon dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 5,7 faiz azdır.

Son 12 ay ərzində (may 2023 – may 2024) Türkiyə 4,5 milyard dollar məbləğində sement məhsulları ixrac edib.

Fuad Mədətov
Fins.az