Elm

06 İyun

Ödənilən ünvanlı dövlət sosial yardımının məbləği 5,1% artıb

2024-cü ilin may ayında orta hesabla bir ailəyə ödənilən ünvanlı dövlət sosial yardımının (ÜDSY) məbləği 5,1% artıb.

Fins.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan bildirlib.

Məlumata görə, ötən ilin may ayında orta hesabla bir ailəyə ödənilən ÜDSY-nin məbləği 453,1 manat idisə, 2024-cü ilin müvafiq dövründə bu məbləğ artaraq 476,1 manat təşkil edib.

Qeyd edək ki, 2022-ci ilin dekabr ayında orta hesabla bir ailəyə ödənilən ÜDSY-nin məbləği 40,1% artıb.

2021-ci ilin müvafiq dövründə orta hesabla bir ailəyə ödənilən ÜDSY-nin məbləği 279,9 manat idisə, 2022-ci ilin dekabrında bu məbləğ artaraq, 392,2 manat təşkil edib.

Fuad Mədətov
Fins.az