Elm

06 İyun

Naxçıvanda layihələrin maliyyələşdirilməsinə sərf olunan vəsait 11,7 dəfə artıb

Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2024-cü ilin 5 ayı ərzində ayrılmış maliyyə dəstəyinin əhəmiyyətli hissəsi sənaye və aqrar sektora yönəlib.

Fins.az xəbər verir ki,  bu barədə MR-nın İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, cari ilin 5 ayı ərzində layihələrin maliyyələşdirilməsinə 2 milyon 324 min manat vəsait sərf olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,7 dəfə çoxdur.

Verilən kreditlərin 86,1 faizi sənaye sektorunun, 13,9 faizi müxtəlif kənd təsərrüfatı sahələrinin inkişafını dəstəkləyən layihələrin payına düşüb.

Fuad Mədətov
Fins.az