Elm

06 İyun

Ötən il Türkiyə ilə Özbəkistan arasında ticarət həcmi 3,1 milyard dollara çatıb

Türkiyə ilə Özbəkistan arasında 2020-ci ildə 1 milyard 242 milyon dollar olan ticarət həcmi ötən il 3,1 milyard dollara çatıb.

Fins.az xəbər verir ki, hazırda Türkiyə Özbəkistanın dördüncü ən böyük ticarət tərəfdaşıdır.

Belə ki, ötən il Türkiyənin Özbəkistana ixracı 1 milyard 851 milyon 200, idxalı isə 1 milyard 248 milyon ABŞ dolları olaraq hesablanıb. İki ölkə arasında 3 milyard dollar olan illik ticarət həcminin ilk mərhələdə 5 milyard, sonrakı mərhələdə isə 10 milyard dollara çatdırılması hədəflənir.

Fuad Mədətov
Fins.az