Elm

04 İyun

Bu il Naxçıvan büdcəsinə yol vergisi üzrə daxil olan vəsait 5,11 dəfə artıb

Cari ilin yanvar-may ayları ərzində Naxçıvan Baş Gömrük İdarəsinin xətti ilə muxtar respublikanın büdcəsinə yol vergisi üzrə 2 milyon 45 min manat proqnoza qarşı 10 milyon 460 min manat vəsait daxil olub.

Fins.az bu barədə Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, nəzərdə tutulan proqnozdan 8 milyon 415 min manat və ya 5,11 dəfə çoxdur.

Fuad Mədətov
Fins.az