Elm

04 İyun

ARDNF dollar satışını 2 dəfə artırıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2024-cü ilin may ayı ərzində 558,6 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Bu barədə Fins.az-a ARDNF-dən məlumat verilib.

Qeyd edək ki, ötən ilin eyni dövr ərzində 277,2 milyon ABŞ dolları məbləğində vəsait satılıb ki, bu da müqayisədə 281,4 milyon və ya 2 dəfə artım deməkdir.

Fuad Mədətov
Fins.az