“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) 2023-cü ili 43,685 milyon manat xalis mənfəətlə başa vurub.
Fins.az qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci ilə nisbətən 33,2 % azdır.
Ötən il ASCO-nun əsas əməliyyat gəlirləri 524,195 milyon manat (əvvəlki illə müqayisədə 8 % az), satışlarının maya dəyəri 375,113 milyon manat (1,5 % çox), ümumi və inzibati xərcləri 60,921 milyon manat (16,8 % çox), sosial xərcləri 9,506 milyon manat (10,9 % çox), digər əməliyyat gəlirləri 50,490 milyon manat (53,8 % çox), digər əməliyyat xərcləri 67,259 milyon manat (4,2 % az), gözlənilən kredit zərərləri 1,050 milyon manat (87,3 % az), əsas vəsaitlərinin silinməsindən gəlirləri 74 min manat (1 il bundan əvvəl zərər olub), məzənnə fərqindən zərəri 1,688 min manat (2 dəfə çox), maliyyə xərcləri 9,621 milyon manat (7,9 dəfə çox), birgə müəssislərdəki pay hesabına gəlirləri 6,761 milyon manat (1 il bundan əvvəl olmayıb), mənfəət vergisi ödəmələri isə 12,677 milyon manat (52,4 % az) təşkil edib.
Bu il yanvarın 1-nə ASCO-nun aktivləri 1 743,539 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 30,6 % çoxdur. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 89,9 % artaraq 307,107 milyon manata çatıb, balans kapitalı isə 22,4 % artaraq 1 436,432 milyon manat təşkil edib.
Xatırladaq ki, ASCO 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 440,051 milyon manatdır. Şirkət 100 % dövlətə məxsusdur.
Fuad Mədətov
Fins.az