2023-cü ildə Azərbaycanda aksiz vergisi üzrə daxilolmalar 1 384,8 milyon manat proqnoza qarşı icra 1 452,2 milyon manat (67,4 milyon manat və yaxud 4,9 % çox), 2022-ci il müqayisədə isə 93,3 milyon manat və yaxud 6,9 % çox icra olunub.
Fins.az bu barədə "2023-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə istinadən xəbər verir.
Məlumata görə, aksiz vergisi üzrə daxilolmalarda ölkədaxili əməliyyatların payı 1 213 milyon manat proqnoza qarşı 1 227,9 milyon manat (14,9 milyon manat və yaxud 1,2 % çox), gömrük orqanlarının payı isə 171,8 milyon manat proqnoza qarşı 224,3 milyon manat (52,5 milyon manat və yaxud 30,6 % çox) təşkil edib.
Fuad Mədətov
Fins.az