Elm

29 May

Azərbaycanda sadələşdirimiş vergi üzrə daxilolmalar 10,4 % artıb

2023-cü ildə Azərbaycanda sadələşdirimiş vergi üzrə daxilolmalar 325 milyon manat proqnoza qarşı icra 357 milyon manat (32 milyon manat və yaxud 9,8 % çox), 2022-ci illə müqayisədə isə 33,7 milyon manat və yaxud 10,4 % çox icra olunub.

Fins.az bu barədə "2023-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə istinadən xəbər verir.

Məlumata görə, bu tədiyyə növü üzrə daxil olan vəsaitin 39,1 %-ni və yaxud 139,5 milyon manatını hüquqi şəxslər, 42,7 %-ni və yaxud 152,6 milyon manatını fiziki şəxslər, 18,2 %-ni və yaxud 64,9 milyon manatını isə pul vəsaitinin nağd qaydada çıxarılmamasına görə ödənilən sadələşdirilmiş vergi təmin edib.

Fuad Mədətov
Fins.az